Pulsuz Müayinə

HISSƏ-HISSƏ ÖDƏNIŞ

Bollkart və WorldKart vastəsilə

24 SAAT XIDMƏTINIZDƏ

Bizim həkim və mütəxəssislərimiz

Dr. Azər Ismayılov

Baş həkim

İsmayılov Azər İsmayıl oğlu 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. ABŞ (New York College of Dentistry), Almaniya, İsveçrə, İtaliya və digər ölkələrdə keçirilən kurslarda iştirak etmişdirş. 2000-2002-ci illərdə MHKH-da çalışmışdır. 2002-ci ildən 2 nömrəli şəhər poliklinikasında işləyir. 2013-cü ildən Premium Dental stomatoloji klinikasının təsisçisi və direktorudur.

Fərman Həsənov

Implantolog cərrah

Həsənov Fərman İbrahim oğlu 1986-cı ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 2001-ci ildə elmi işini müdafiə edib. İtaliya, Almaniya, ABŞ və digər ölkələrdə keçirilmiş kursların iştirakçısı olub.

Mələk Ismayılov

Həkim

İsmayılova Mələk İsmayıl qızı 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 2005-2007-ci illərdə MHKH-da çalışmışdır. 2005-ci ildən 38 nömrəli poliklinikada, 2013-cü ildən Premium Dental stomatoloji klinikasında işləyir. Azərbaycanda keçirilmiş bir çox kurslarda iştirak etmişdir.

Əliyev Mahir

Paradantoloq

Mahir Əliyev Məmmədoğlu 1978-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1986-cı ildə Moskva Elmi Tədqiqat Stomatoloji İnistitunda namizədlik disertasiyasını müdafiə edib. 2011-ci ildən Tibb Elmləri Doktorudur.

Amirov Abdulqani

Həkim-ortodont

Amirov Abdulqani, Abdulqafizovic. 1978-ci ildə Dağıstan Dövlət Tibb İnstituna daxil olmuş, 1983-cü ildə Həkim-stomatoloq dərəcəsi ilə məzun olmuşdur. 1983-84cü illərdə Mahaçqala şəhərində Respublika stomatoloji poliklinikasında İnternatura keçmişdir. 1985-87ci illərdə Daq. Oqni şəhər xəstəxanasında Həkim-stomatoloq kimi çalışmışdır. 1987-90cı illərdə Dərbənd şəhər poliklinikasında Cərrah-stomatoloq kimi çalışmışdır. 1990-cı ildə Moskvada Ortodontiya üzrə ixtisaslaşmış və 1998-ci ilə qədər Dərbənd şəhər poliklinikasında Həkim-Ortodont kimi fəaliyyət göstərmişdir. 1998-2009ci illərdə “Azərbaycan Respublikasının Prezidenti nin Xüsusi Tibb xidməti”ndə Həkim-ortodont kimi çalışmışdır. 2010-cu ildən bəri “Premium Dental” klinikasında Həkim-ortodont kimi fəaliyyət göstərir.

Ilqar Rəşidli

Mütəxəssis

Rəşidli İlqar Rafiq oğlu 1996-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş 2001-ci ildə təhsilini başa vurmuşdur. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 4-nömrəli Stomatoloji poliknikasında interna keçmişdir. 2005-2010-cu illərdə Dentstar stomatoloji klinikasında çalışmışdır 2010-2016-cı illərdə 32 Dent stomatoloji klinikasında çalışmışdır 2016-cı ildən klinikamızın həkim-mütəxəssisidir...

Quliyeva Lalə

Həkim

Quliyeva Lalə Xaqani qızı(təvəllüd 14.06.1976,Bakı şəhəri) 1998-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin stomatologiya fakültəsini bitirmişdir.1998-1999-ci illərdə 1 sayılı uşaq stomatoloji poliklinikasında internaturanı keçmişdir.2000-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının baş laborant vəzifəsinə daxil olmuşdur.2008-ci ildə dissertasiya müdafiə edərək “ tibb elmləri namizədi “ elmi adı verilmişdir.2014-ci ildən bu günə qədər kafedranın assistenti vəzifəsində çalışır.Elmə qədəm qouduğu gündən tibbin ən az öyrənilmiş və Azərbaycanda az sayda mütəxəssis olan sahəsində-ABSQ xəstəliklərinin sahəsində elmi və praktik fəaliyyət göstərmişdir.Quliyeva Lalənin 40-dan çox elmi əsərin(o cümlədən 1 dərslik,2 metodik tövsiyyəsinin)müəllifidir.

YUXARI