Faydalı Məlumatlar

Leykoplagiya
Leykoplagiya –selikli qişanın xroniki xəstəliyi olub ,uzun müddətli qıcıq təsirinə cavab olaraq ağız boşluğunun selikli qişasının iltihabı ilə xarakterizə olunur.Leykoplagiya əsasən orta və yuxarı yaşlarda ,qadınlara nisbətən kişilərdə daha tez –tez təsadüf edilir.
Leykoplagiya, yanaqların selikli qişasında, dildə və diş ətlərində ağ qalınlaşmış ləkələr şəklində görünür.Ağızın selikli qişasında buynuzlaşmış ocaqların əmələ gəlməsinə ağız boşluğunun qıcıqlandırıcı amillərin rolu var: dişlərin və protezlərin iti kənarı ilə törədilən mexaniki zədələr ,qırıq dişlər və.s .Leykoplagiyanın yaranmasında əsas səbəb kimi isə siqaret çəkmənin rolu sübut olunmuşdur.Bir çox müəlliflər leykoplagiyanı xərçəngə keçə bilmə imkanına görə xərçəngqabağı vəziyyət hesab edilir.Lekoplagiyanın bir neçe təsnifat forması var
1. Sadə leykoplagiya –selikli qişada göynəmə hissi ,bozumtul ağ ərp görünür.
2. Verrukoz leykoplagiya –bu zaman yanma hissi güclənir,yemək yeyərkən ağrı hissi olur.
3. Eroziv leykoplagiya –yemək yeyerkən güclü ağrıdan şikayətlənir .Müayinə zamanı bərklik,dərin çatlar müşahidə olunur
Leykoplagiyanın müalicəsi: İlk növbədə ağızın selikli qişasına qıcıqlandırıcı təsir göstərən amillər aradan qaldırılmalıdır.Bunun üçün siqareti tərgitmək ,qırıq dişlər çəkilməli,səhv müalicə edilmiş dişlər düzəldilməli,dişin iti kənarları hamarlanmalıdır. Dil üzərində yaranan leykoplagiya çox acı yemək, dili yandırmaq nəticəsində meydana gələ bilər. Bir müddət isti yeməkdən və ağrılı souslardan uzaq olmaq lazımlıdır. Bu şəkildə problemləriniz varsa dərhal bir diş həkimində müayinə olunmaq lazımdır.Leykoplagiyanın hər hansı formasına məruz qalmış xəstələrin dispanserləşdirilməsi xərçəngəçevrilmə prosesinin qarşısını almaq üçün vacibdir.Leykolpagiya tutulmuş xəstələr üzərində müntəzəm müşahidə aparılması ağızın selikli qişasındakı ocaqların bədxassəliyinin vaxtında aşkara çıxarmağa imkan verir.

21 Oct, 2016

ALLERGİK STOMATİT

Allergik stomatit Stomatit -ağız boşluğunun yumşaq toxumalarının selikli qişalarının iltihabına deyilir.Stomatitə hər yaş qrupunda (uşaqlarda və böyüklərdə)rast gəlmək mümkündür.Stomatitlər bir neçə qrupa bölünür.Hər bir stomatitlərin yaranma səbəbləri də müxtəlifdir. Allergik… Read More
09 Jan, 2017

Bruksizm nədir ?

Bruksizm Əslində fərqində olmadığımız bir çox xəstəliklər var.Bunlardan biri kimi bruksizmi də göstərmək olar.Bruksizim ele arasında diş "qıcama"da deyilir.Cəmiyyətdə bu xəstəliyə çox rast gəlmək olar.Bruksizmə böyüklərlə yanaşı uşaqlarda da rast… Read More
09 Jan, 2017

Ağıl dişləri

“Ağıl dişləri” adlandırılan dişlər isə ağızda çıxan ən son təbii dişlərdir. Adətən 18-25 yaş arası dövürlərdə özünü göstərir. Bu yaş dövrü isə insanın əqli kamilliyə və iti düşüncəyə sahib olduğu… Read More