Faydalı Məlumatlar

Allergik stomatit
Stomatit -ağız boşluğunun yumşaq toxumalarının selikli qişalarının iltihabına deyilir.Stomatitə hər yaş qrupunda (uşaqlarda və böyüklərdə)rast gəlmək mümkündür.Stomatitlər bir neçə qrupa bölünür.Hər bir stomatitlərin yaranma səbəbləri də müxtəlifdir.
Allergik stomatitlər: allergik stomatitin yaranma səbəbləri antibiotiklər və sulfanilamidlərə qarşı dərman allergiyası,qida və kontakt allergenlərdir.Allergik stomatitlər immun sistemin düşməsi nəticəsində əmələ gəlir .Allergik stomatitlər zaman xəstələr göynəmə hissi, qaşınmadan,yanmadan ,ağızda quruluqdan ,qida qəbulu zamanı az ağrılardan ,dad hissinin itməsi,iştahsızlıq kimi şikayət edirlər.Selikli qişa bir qədər ödemlidir .Allergik stomatitin daha çox istifadə olunmuş gedişi zamanı qovuqlar və qovuqcuqlar əmələ gəlir .Onların dağılmasından sonra səthi eroziyalar formalaşır.Allergik stomatitin bu forması yemək zamanı daha güclənən şiddətli ağrılarla ,həmçinin ümumi vəziyyətin pisləşməsi ilə müşahidə olunur .
Müalicəsi : İlk növbədə allergik reaksiyanən səbəblərini aradan qaldırmaq lazımdır .Yüngül formalar zamanı antihistamin preparatların təyini kifayətdir.Allergik stomatitin müalicəsi zamanı pəhriz xüsusi əhəmiyyəti vardır.Soyuq ,isti ,acılı yeməklər yeməməli.Mümkün olduqca siqaretdən ,spritli içkilərdən uzaq durmaq lazımdır.

10 Jan, 2017

Faydalı qidalar

Adətən yediyimiz yeməklərin diş sağlamlığına təsiri çoxdur. Bəziləri nəinki ziyanlıdır, hətta onların çürüməsinə və ovulmasına yol açır. Bəzi qidalar da vardır ki, əksinə - dişlərimizin sağlamlığının keşiyində durur. Məsələn yaşıl… Read More
10 Jan, 2017

Həssas dişlər

Bəzi insanların dişləri digərlərinə nəzərən daha həssas bir quruluşa malikdir. Xüsusilə, həddindən artıq isti və ya soyuq yemək və içkiləri qəbul edərkən dişlərdə dərin bir sızıltı və ağrı meydana gələ… Read More