Faydalı Məlumatlar

Gicgah –çənə oynağında eşidilən səs nədir

Gicgah-çənə oynağının problemlərinə çox tez-tez rast gəlinir. Demək olar ki, hər yaş qrupunda bu problemlər aşkarlanır. Amma gicgah-çənə problemlərinə ən çox yeniyetməlik dövründən sonra təsadüf edilir. TMO, “temporomandibular”

oynağın qısalmış formasıdır və çənə sümüyü ilə kəllə qutusunu birləşdirən oynaqdır. Oynağın hərəkəti zamanı klik səsi, çıtırtı səsi, oynaq ətrafında ağrı, zəiflik, oynağın kilitlənməsi ya da hərəkət məhdudluğu, dişləmədə və dişləmə hissində dəyişiklik ,sanki ağızda protez varmiş kimi simptomları  ola bilər.Oynaq hərəkəti zamanı eşidilən klik  ya da çıtırtı səsi, diskin yerindən sürüşdüyünün bir əlamətidir və oynağın yerindən sağa-sola oynadığını göstərir. Bütün bu oynaq və əzələlərdə funksiya pozğunluğu olduğu zaman, müəyyən problemlərə yol acir .

Gicgah-çənə oynağının problemləri daha çox ağrı əlaməti ilə özünü göstərir ,çənə oynağı ilə əlaqədar olmayan şikayətlərlə gəlirlər. Məsələn; sinus tipi baş ağrıları, qulaq ağrısı, baş dönməsi, boyun və ənsə ağrısı,yemək yeyəndə, danışanda ağrılar, ağız açıqlığı xəstələrdə çənə, üz ağrılarına, üzdə əzələ yorğunluğuna  ,bəzi xəstələrdə tez-tez çənə çıxıqları  şəklində özünü büruzə verir.  

 Gicgah-çənə oynağı xəstəliklərinin ən çox rast gəlinən səbəbləri travmalar, mikrotravmalar, bruksizm, yanlış çeynəmə vərdişləridi.Düzgün diş quruluşunun olmaması sonradan gicgah-çənə problemləri yaradır, çənə və diş əyriliklərini qeyd etmək. Uşaq vaxtından düzgün çeynəmənin olmaması sonradan oynaqlarda problemlərin yaranmasına səbəb olur.Bu xəstəliklərin yaranmasında stress faktorunun da mühüm rolu var.Qadınlarda stressli hallar çox olduğundan, gicgah-çənə problemləri ən çox onlarda müşahidə olunur.

 Müalicə üçün ilk növbədə səbəbkar faktor aradan qaldırılmalıdır

 Oynaq nahiyəsində kəskin ağrılar daha çox artrit problemi ilə bağlı olar. Bədəndə olan revmatoloji problemlər də bütün oynaqlar kimi gicgah-çənə oynağında da  ağrılara səbəb olur. Bütün bu problemlərin hər birinin müalicə tədbirləri çox fərqlidir. Amma bütün hallarda ilk növbədə səbəbkar faktor aradan qaldırılmalıdır. Məsələn, düzgün olmayan diş sırası düzəldilməli, artıq diş, tək tərəfli çeynəmə varsa ilkin olaraq bunlar aradan qaldırılmalıdır.Onu da deyim ki, gicgah-çənə problemləri zamani uzun müddət həkimə müraciət etmədikdə, problem xroniki hal alır və artıq oynaqdan hətta başqalarının eşitdiyi səs gəlir: “Gicgah-çənə oynağında səsin eşidilməsi bu oynaqların problemlərindən biridir. İlkin dövrlərdə bunu ancaq xəstələr özləri eşidə bilirlər və çox zaman bu səsin qulaqda olduğunu düşünürlər. Amma bu hal uzun zaman davam etdikdə və müalicə olunmadıqda hətta kənarda olan şəxslərin də oynaqlardan gələn səsi eşitməsi mümkündür. Bu səs istər danışan, istər yemək yeyən zaman hiss olunur. Belə olanda çox zaman ağrı şikayəti olmur. Yəni ağrı ilkin mərhələdə olur, sonrakı mərhələdə isə bu cür səsi eşidilməsi ilə problem özünü qabarıq şəkildə büruzə verir. problemlər nə qədər tez aşkarlanarsa, aparılan müalicələrin effekti olur

 

09 Jan, 2017

Ağıl dişləri

“Ağıl dişləri” adlandırılan dişlər isə ağızda çıxan ən son təbii dişlərdir. Adətən 18-25 yaş arası dövürlərdə özünü göstərir. Bu yaş dövrü isə insanın əqli kamilliyə və iti düşüncəyə sahib olduğu… Read More
25 Jan, 2017

İmplant

Müasir dövrdə stomatologiyada dental implant geniş yayılmışdır. İmplant əskik olan dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədilə çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplant çənə sümüyünə yerləşdirilməklə təbii diş funksiyasını… Read More