Faydalı Məlumatlar

Bəzən bizləri belə bir sual maraqlandırır. Dişlərimizə və ağız boşluğumuza necə qulluq etməliyik? Dişlərinizi mütəmadi təmizləməli ,gündə iki dəfə səhər –axşam dişlərinizi firçalamali bununla yanaşı diş saplarindan istifadə etməliyi. Bəs diş sapından istifadə ziyandırmı? Diş sapı – diş aralarındakı ərpi və qida qalıqlarını təmizləmək üçün istifadə edilir və tibbi baxımdan diş sapından istifadə nəyinki ziyanlıdır, hətta deyərdim ki, ağız gigiyenası baxımından vacib bir prosedurdur. Diş sapı diş fırçasının çata bilmədiyi sahələrdə dişlər arasındakı və diş ətinin altındakı artıqları təmizləmək üçün istifadə edilir. Bu adətə sahib deyilsinizsə başlamaq üçün gecikmiş sayılmazsınız. Dişlərin arasından ərpin aradan qaldırılması diş əti xəstəliyinin və kariyesin qarşısını almaq üçün səmərəli yoldur. Dişlərinizi və diş ətlərinizi gündəlik diş sapından istifadə edərək sağlam saxlayrın.Sizə bəzən diş sapını istifadə etmək bir qədər çətin gəlir.Diş sapından düzgün istifadə etmək üçün qaydalarla tanış olmaq lazımdır
Diş sapından istifadə qaydaları : İlk istifadədə asan istifadə məqsədiylə florlu diş ipləri də seçim edilə bilər. Geri və irəli hərəkətlərdən istifadə edərək, diş arasına sapı daxil edin.Geri və irəli , yuxarı və aşağı hərəkətləndirərək, diş ətindən yuxarı və 1-2mm aşağı təmizləyin. Geri və irəli hərəkətlərdən istifadə edərək diş sapını çıxarın. Çox aqressiv və sərt hərəkətlərdən qaçmalıdır, çünki bu diş ətini zədələyə bilər və bu da qızartılara və digər fəsadlara səbəb ola bilər.

10 Jan, 2017

Faydalı qidalar

Adətən yediyimiz yeməklərin diş sağlamlığına təsiri çoxdur. Bəziləri nəinki ziyanlıdır, hətta onların çürüməsinə və ovulmasına yol açır. Bəzi qidalar da vardır ki, əksinə - dişlərimizin sağlamlığının keşiyində durur. Məsələn yaşıl… Read More
10 Jan, 2017

Həssas dişlər

Bəzi insanların dişləri digərlərinə nəzərən daha həssas bir quruluşa malikdir. Xüsusilə, həddindən artıq isti və ya soyuq yemək və içkiləri qəbul edərkən dişlərdə dərin bir sızıltı və ağrı meydana gələ… Read More