Dil-ağız boşluğunun əzələli orqanı olub ,çeynəmədə,sormada,udmada,dadın müəyyən edilməsində iştirak edir .Qədim zamanlarda belə deyirdilər ki ,dilin rənginə görə insanın sağlam və ya xəstə olduğun demək olar .İnsan hansı xəstəlikdən əziyyət çəkirsə dilində müəyyən rəngdə ərp əmələ gəlir.Dil xroniki və iltihabi proseslərə, habelə qan xəstəliklərinə, həzmin pozulmasına çox sürətlə reaksiya verir.Ərp yalnız daxili orqanların xəstəliyi zamanı deyil,ağız boşluğunun gigeynasına əməl etmədikdə əmələ gələ bilər .
Orqanizmi sağlam olan insanın dili normal ölçüdə, açıq çəhrayı rəngdə, ərpsiz, normal hissiyatlı və nəm olmalıdır.
Mədə-bağırsaq yolunun və qara ciyərin xəstəlikləri çox vaxt ağız boşluğunun dəyişiklikləri ilə müşayiət olunur.Ərp qastrit,mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı aşkarlanır.Ərpin rəngi bozumtul-ağ olur.
Mədə -bağırsaq xəstəliyi zamanı dildə ödem emələ gəlir ki , bu zaman dil böyüməsi baş verir neticədə dilin kenarında dişlərin izi qalır.
Rəngi solğun olan dil isə ürək çatışmazlığının və anemiyanın əlamətini bildir
Stomatit, kandidomikoz və disbakteriozda orqanizmdə infeksiyanın olduğunu göstərən ağ rəngli ərp əmələ gəlir.
Sarı ərp xolesistit xəstəliyinin göstəricisidir.
Dilin kənarları boyu və ucunda ağ ərpin olması ağ ciyər xəstəliklərinin əlamətidir.
Yadda saxlamaq lazımdır ki , ağız boşluğundakı əlamətlər əsasən xəstəiyin kliniki əlamətlərini ilk öncədən öyrənməyə kömək edir