Faydalı Məlumatlar

Steynton -Kapdepon
Steynton -Kapdepon sindromu müəlliflərin adıyla bağlıdır.Bu irsi xəstəlik olub , cinsiyyətindən aslı olmayaraq bir valideyndən keçərək ,gələcək nəslin yarsına ötürülür.Steynton-Kapdepon zamanı nəyinki müvəqqəti dişləri həm də daimi dişləri zədələyir .Steynton -Kapdepon sindromu zamanı dişlər sarı-qəhvəyi rəngdə olur,minadan məhrum olur ,tez sürtülür, dentin şəffaf olur ki, bu zaman pulpa görünür .Dişlər asanca ovxalanır , köklər qısa və nazik olur .Pasientlər dişlərində yüksək həssaslığından şikayət etmirlər.Diş toxumalarının tez sürtülməsi diş taclarının 1-2 mm hündürlüyə qədər qısalmasına gətirib çıxarır.Rentgen müayinəsi zamanı diş köklərinin normal formalaşması müəyyən edilir ,köklər normadan bir qədər qısa və nazikdirlər.

21 Oct, 2016

Leykoplagiya nədir?

Leykoplagiya Leykoplagiya –selikli qişanın xroniki xəstəliyi olub ,uzun müddətli qıcıq təsirinə cavab olaraq ağız boşluğunun selikli qişasının iltihabı ilə xarakterizə olunur.Leykoplagiya əsasən orta və yuxarı yaşlarda ,qadınlara nisbətən kişilərdə daha… Read More
10 Jan, 2017

Ortopanoram 2D rentgen

Gözəl və etibarlı bir gülüş insanda müsbət təsir yaradaraq doğru ünsiyyət qurmağa köməkçi olur. Cəzbedici gülüş üçün dişlərin sağlam olması çox əhəmiyyətlidir. Sağlam təbəssüm üçün dişlərinizin qayğısına qalmağı və stomatoloq… Read More