Faydalı Məlumatlar

Bruksizm
Əslində fərqində olmadığımız bir çox xəstəliklər var.Bunlardan biri kimi bruksizmi də göstərmək olar.Bruksizim ele arasında diş “qıcama”da deyilir.Cəmiyyətdə bu xəstəliyə çox rast gəlmək olar.Bruksizmə böyüklərlə yanaşı uşaqlarda da rast gəlmək olar.Demək olar ki, 5 insandan 2-də bruksizmə rast gəlmək mümkündü.Bruksizim yuxuda olan zaman insanın özünün belə fərqində olmadan dişlərinin sıxmasıyla müşahidə olunan xəstəlikdir.Bruksizmin əlamətləri : ağız və ağızətrafı əzələlərdə rahatsızılıq, dişlərin bir- birinə həddindən artıq sürtməsi səbəbi ilə dişlərin çeynəmə səthinin aşılanması,çənə oynağının həddindən artıq yüklənməsiylə əlaqədar çənə oynağında ağrı,gicgah və yanaq əzələlərinin həddindən artıq işləməsiylə əzələ ağrısı,xroniki baş ağrısı müşahidə olunur.Bruksizmə səbəb:. İlk öncə həssas və stresli yaşam tərzi,daha sonra hətdindən artıq vasvasi olmaq,başqa səbəb olaraq malokuluzin (yəni dişlərin düzlüşü,sıralanmasının düzgün olmaması)səbəb göstərilir.
Bəs biz nə zaman bilə bilərik ki,bizdə bruksizm var? _Yuxuda olarkən diş qicama olduğunu deyən oldusa , _Boyunda ağrı varsa, _Dişlərdə həssaslıq varsa, _Səhər oyandığınızda çənə oynağında ,üz əzələlərində ağrı varsa ,oynaqlarda səs varsa bruksizmdən şübhələnmək lazımdi.
Bruksizmin müalicəsi :Bruksizm zamanı meydana gələn narahatlılığı,diş qıcartmasının qarşısıni amaq üçün həkim-stomatoloq tərəfindən təyin olunmuş silokon içlikli kappalar təyin olunur.Daha sonra stresden uzaq olmalı,yaşayış tərzini düzəltməli,bununla yanaşı psxioterpevtik müalicə alınmalıdır.bruksizimli xəstələrə ildə iki dəfə həkim-stomatoloq müayinəsində olması tövsiyə olunur