Flüoroz nədir?
Doktor Castronun bele bir sözü var “Bizim hər birimizdə anadan olandan bəri dişimizin rəngini müəyyən edən gen var”. Heç də hamımız anadangəlmə ağappaq dişlərimizlə öyünə bilmirik. Bəs flüozim nedir ?
Flüoroz (fluor-flüor)sərt toxumaların inkişafının sistem pozulmaları olub ,tərkibində yüksək miqdarda flüor olan su və ərzaqların daxilə qəbul edilməsi zamanı inkişaf edir .Bəzi mənbələrdə görə flüoroz -spesifik mənşəli hipoplaziyadir.Flüoroza el arasında “çilli dişlərdə”deyilir.”Çilli dişlər “in formalaşma səbəbi flüorun artıqlığıdır.
Flüoroz adətən daimi dişlərdə onların çıxmasından sonra əmələ gəlir.Endemik ocaqda anadan olan və ya 3-4 yaşından oraya köçən uşaqların dişləri zədələnir .Müvəqqəti dişlərdin flüorozla zədələnmə halları yalnız içməli suda flüorun miqdarının həddindən çox olan rayonlarda qeydə alınır .Flüorozla zədələnən dişlərin minası şəffaflığını itirir,tutqunlaşır və üzərində sarımtıl -qəhvəyi rəngdə ləkələr əmələ gəlir Flüorozla zədələnmənin bir neçə forması var:
• çox yüngül dərəcə:Minanın normal rəngi praktik rəngi dəyişilmir
• yüngül dərəcə:Zədələnmə elementləri zolaq səkilli olur
• mötədil dərəcə:Flüorozun ləkəli formasi
• orta ağır dərəcə : Diş taclarının sarı və qəhvəyi rəngdə boyanması qeyd olunur .Diş tacının səthində şox da böyük olmayan dairəvi qüsurlar -çillər olur
• ağıt dərəcə :Qəhvəyi rəngin fonunda minanın çuxur və eroziya şəklində dağılma ocaqları görünür.Flürozun bu formasında diş minası tez yryilir və piqmentləşmiş dentin tünd qəhvəyi rəngdə görünür
Müalicə-Flüorozun yüngül və mötədil formaları zamanı ağartmadan istifadə olunur .Ağır formalar zamanı qüsuru plomblamaq,hətta qapaq hazırlamaq vacibdir.Kalsium tərkibli diş məcunlarından istifadə etmək məsləhətdir,lakin tərkibində flüor olmamalıdır.
Proflaktika məqsədi ilə istifadə olunan su çökdürülməli,soyudulmalı və sümük filtirindən keçirilərək artıq flüor sudan çıxarılmaldir.