Faydalı Məlumatlar

Karies nə üçün qorxuludur?
Ümumiyyətlə karies nədir? Karies daha çox rast gəlinən , vaxtından əvvəl dişlərimizin itirilməsinə gətirib çıxaran səbəblərdən biridir. Karies dişin sərt toxumalarının turşu və bakteriyaların təsiri nəticəsində dağılmasıdır. Karies ilk öncə mina qatının, sonra dentinin, müalicə aparılmadıqda isə proses daha da dərinləşərək tiş tacının dağılmasına gətirib çıxarır.

Beləliklə karies nə üçün təhlükəlidir?
Aparılan sorğulara və müşahidələrimə əsaslanaraq deməliyəm ki,  vətəndaşlarımız kariesdən qorunmağın vacibliyini düzgün qiymətləndirmirlər. Bir çoxları belə düşünür ki, əgər dişlərimizdə ağrı yoxdursa, həkimə müraciət etməyə ehtiyac yoxdur. Amma nəzərə alaq ki, karies dentin qatına keçdikdə belə ağrı sindromu olmur, ağrının yaranması isə prosesin artıq pulpaya qədər inkişaf etdiyindən xəbər verir. Kariesin daha təhlükəli xassəsi onun ilk meydana gəldiyi zaman ağrısız inkişaf etməsidir. Məhz bu səbəbdən stomatoloqlar insanların ildə 2 dəfə stomatoloji müayinəyə gəlməsinin vacibliyini vurğulayırlar.

Bütün xəstəliklər kimi karies üzərində də onun  ilk  yarandığı vaxtlar qələbə çalmaq daha asandır. Diş tacının dağılmasından əlavə kariesin başqa ağırlaşmaları ilə də sizləri tanış etmək istəyirəm.

Vaxtında müalicə aparılmadıqda karies aşağıdakı ağırlaşmalara səbəb olur:
1. Pulpit baş verir, bu zaman artıq ağrılar dözülməz həddə çatır.
2. Periodontit riski yaranır.
3. İnfeksiyalar ətraf yumşaq toxumalara yayılır.
4. Kariesli dişlər orqanizmdə olan xroniki infeksiyaların mənbəyi hesab olunur. Xroniki infeksiyalar isə ən çox ürək damar sistemində və oynaq sistemində xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
5. Ağız boşluğunda uzun müddətli infeksiyaların olması xroniki allergik reaksiyalara səbəb olur.

Bunlardan əlavə, biz bilirik ki, hər bir dişin öz funksiyası var. Kariesə yoluxmuş diş heç vaxt öz funksiyasını tam yerinə yetirə bilmir. Bu da qidanın qəbulu və çeynəmədə özünü büruzə verir, yəni qida tam çeynənməmiş qida borusuna, oradan isə mədə-bağırsaq traktına göndərilir. Demək tam çeynənməmiş qida da öz növbəsində mədə-bağırsaq traktının normal fəaliyyətinə təsir göstərir. Bu prosesin uzun müddətli olması mədə-bağırsaq traktının zədələnməsinə və xəstəliklərinə səbəb olur.

Bütün yuxarıda dediklərimdən əlavə vaxtında müalicə olunmamış karies dişin itirilməsinə də səbəb olur. Bir dişin itirilməsinin qorxulu olmadığını zənn edənlərə bildirmək istəyirəm ki, bir dişin itirilməsi ilk növbədə qonşu dişlərə, damaqlara, çənə sümüyünə və uz-cene əzələlərine təsir edir və xarici görünüşümüzü dəyişir.
Xarici görünüş demişkən, yalnız sağlam dişlər gözəl görünə bilər. Dişlərinizə düzgün qulluq etsəniz və onları vaxtında müalicə etdirsəniz, inanın ki, onlar sizə daima sağlam təbəssüm bəxş edər.
Sizlərə sağlam təbəssüm arzusu ilə.

Dr. Azər İsmayılov

15 Nov, 2016

Steynton-Kapdepon

Steynton -Kapdepon Steynton -Kapdepon sindromu müəlliflərin adıyla bağlıdır.Bu irsi xəstəlik olub , cinsiyyətindən aslı olmayaraq bir valideyndən keçərək ,gələcək nəslin yarsına ötürülür.Steynton-Kapdepon zamanı nəyinki müvəqqəti dişləri həm də daimi dişləri… Read More