Bir diş infeksiyası vəya irinli diş, çox zaman diş çürüməsi, natamam ağız gigiyenası, bununla birlikdə travma, əvvəlcədən edilmiş natamam diş müalicəsi nəticəsində meydana gəlir. Bu infeksiya həmin bölgədə şişlik, ağrı və həssasiyətə səbəb olur. İnfeksiya vaxtinda müalicə edilməzsə çənənin digər bölgələrinə, hətta beyinə yayıla bilər. Bunun üçün dişin müalicəsiylə birlikdə pasiyentə antibiyotik müalicəsi başladılır. Bizim məsləhət gördüyümüz antibiyotik infeksiyaya səbəb olan bakteriyaya görə dəyişir. Həkim məsləhəti olmadan antibiyotiyə başlamanız düzgün deyil. Yan təsir olaraq dəridə qaşıntı, nəfəs almada çətinlik, təzyiqin düşməsi, ürək çarpıntısı kimi alerjik reaksiyalara səbəb ola bilər.

Related Post
13 Dec, 2022
Uşaqlar adətən çürük dişlərin ağrısından niyə şikayət etmirlər?
Uşaqlar adətən çürük dişlərin ağrısından niyə şikayət etmirlər? Balaca pasiyentlərin valideynlərinin verdiyi suallardan biri də bu olur.Təsadüfi müayinə zamanı uşağın ağız boşluğunda çoxlu çürük dişlər aşkar olunur.Bu zaman valideyin çox… Read More
13 Dec, 2022
Diş çəkimi və ondan sonrakı ağırlaşmalar haqqında
Müalicəyə tabe olmayan və bərpası mümkünsüz dişlər çəkilir. Bundan sonra yaranın sağalma mərhələsi başlayır. Sağalmanın müddətinə və rahatlığına bir neçə faktor təsir edir. İlk olaraq həkim ehtiyatlı və səliqəli işləməlidir… Read More