Faydalı məlumat

Müalicəyə tabe olmayan və bərpası mümkünsüz dişlər çəkilir. Bundan sonra yaranın sağalma mərhələsi başlayır. Sağalmanın müddətinə və rahatlığına bir neçə faktor təsir edir. İlk olaraq həkim ehtiyatlı və səliqəli işləməlidir ki, ətraf toxumalara zərər vurmasın və yara sahəsi mümkün qədər kiçik və travmasız olsun. Bəzən ķökləri böyük diş çəkildikdə həkim yaranı qida qalıqları ilə çirklənməsini önləmək üçün müxtəlif preparatlarla zəngin cərrahi süngər yerləşdirir, yaxınlaşdırıcı tikiş qoyur. Pasiyent öz növbəsində ağız gigiyenasına ciddi fikir verməli, yara yerini təmiz saxlamalıdır. Bunun üçün müəyyən olunmuş məhlulla ağzını bir neçə dəfə yaxalamalıdır .Və həkim tərəfindən təyin olunmuş dərman preparatlarını mütləq qəbul etməlidir.

13 Dec, 2022

Antibiotiklərin stomatologiyada rolu

Bir diş infeksiyası vəya irinli diş, çox zaman diş çürüməsi, natamam ağız gigiyenası, bununla birlikdə travma, əvvəlcədən edilmiş natamam diş müalicəsi nəticəsində meydana gəlir. Bu infeksiya həmin bölgədə şişlik, ağrı… Read More