Uşaqlar adətən çürük dişlərin ağrısından niyə şikayət etmirlər?
Balaca pasiyentlərin valideynlərinin verdiyi suallardan biri də bu olur.Təsadüfi müayinə zamanı uşağın ağız boşluğunda çoxlu çürük dişlər aşkar olunur.Bu zaman valideyin çox təəccüblənir.Axı onun uşağı diş ağrısından şikayət etməyib?
Gəlin araşdıraq görək nə baş verir? 🤔
📍 Sadəcə uşaqlar böyüklərə başa sala bilmirlər ki, onların nəyi və necə ağrayır. 😊 Ona görə də valideyin uşağı diqqətlə müşahidə etməlidir.O, öz hərəkətləri ilə diş ağrısını göstərir:
❗Əzgin,susqun,kaprizli olur-səbəbsiz ağrayır ;
❗Yeməkdən imtina edəcək (hətta sevimli şirniyyatlarından da)
❗Əli ilə çənəsini və ya yanağını tutacaq.
Əgər uşağınızda belə hallar görürsünüzsə somatoloqa yaxınlaşın
📍Süd dişlərində pulpit xroniki gedişli olur.Kəskin formaya az rast gəlinir. Xəstəlik uşaqlarda görünməz və praktik olaraq ağrısız keçir.Bu kanalların anatomik quruluşu ilə bağlıdır.Ancaq pulpit kəskinləşmə versə, iltihabi proses ətraf toxumalara yayılır.Bu təkcə diş ağrısı yox həm də şişkinliklə nəticələnir.Həm də bu proses sürətlə -bir neçə saat ərzində baş verir. Ancaq bu zaman uşaq valideyinə diş ağrısını bildirir. 😟
Bunun qarşısını necə alaq?🤔
❗Uşağınızın hərəkətlərini izləyin və dərhal reaksiya verin
❗Uşağınızı stomatoloqa təkcə ağrı olan zaman yox,profilaktik müayinə üçün də aparın.Bunu 3-6 aydan bir təkrar edin 😊
