Bir diş infeksiyası vəya irinli diş, çox zaman diş çürüməsi, natamam ağız gigiyenası, bununla birlikdə travma, əvvəlcədən edilmiş natamam diş müalicəsi nəticəsində meydana gəlir. Bu infeksiya həmin bölgədə şişlik, ağrı və həssasiyətə səbəb olur. İnfeksiya vaxtinda müalicə edilməzsə çənənin digər bölgələrinə, hətta beyinə yayıla bilər. Bunun üçün dişin müalicəsiylə birlikdə pasiyentə antibiyotik müalicəsi başladılır. Bizim məsləhət gördüyümüz antibiyotik infeksiyaya səbəb olan bakteriyaya görə dəyişir. Həkim məsləhəti olmadan antibiyotiyə başlamanız düzgün deyil. Yan təsir olaraq dəridə qaşıntı, nəfəs almada çətinlik, təzyiqin düşməsi, ürək çarpıntısı kimi alerjik reaksiyalara səbəb ola bilər.
Uşaqlar adətən çürük dişlərin ağrısından niyə şikayət etmirlər?
Uşaqlar adətən çürük dişlərin ağrısından niyə şikayət etmirlər?
Balaca pasiyentlərin valideynlərinin verdiyi suallardan biri də bu olur.Təsadüfi müayinə zamanı uşağın ağız boşluğunda çoxlu çürük dişlər aşkar olunur.Bu zaman valideyin çox təəccüblənir.Axı onun uşağı diş ağrısından şikayət etməyib?
Gəlin araşdıraq görək nə baş verir? 🤔
📍 Sadəcə uşaqlar böyüklərə başa sala bilmirlər ki, onların nəyi və necə ağrayır. 😊 Ona görə də valideyin uşağı diqqətlə müşahidə etməlidir.O, öz hərəkətləri ilə diş ağrısını göstərir:
❗Əzgin,susqun,kaprizli olur-səbəbsiz ağrayır ;
❗Yeməkdən imtina edəcək (hətta sevimli şirniyyatlarından da)
❗Əli ilə çənəsini və ya yanağını tutacaq.
Əgər uşağınızda belə hallar görürsünüzsə somatoloqa yaxınlaşın
📍Süd dişlərində pulpit xroniki gedişli olur.Kəskin formaya az rast gəlinir. Xəstəlik uşaqlarda görünməz və praktik olaraq ağrısız keçir.Bu kanalların anatomik quruluşu ilə bağlıdır.Ancaq pulpit kəskinləşmə versə, iltihabi proses ətraf toxumalara yayılır.Bu təkcə diş ağrısı yox həm də şişkinliklə nəticələnir.Həm də bu proses sürətlə -bir neçə saat ərzində baş verir. Ancaq bu zaman uşaq valideyinə diş ağrısını bildirir. 😟
Bunun qarşısını necə alaq?🤔
❗Uşağınızın hərəkətlərini izləyin və dərhal reaksiya verin
❗Uşağınızı stomatoloqa təkcə ağrı olan zaman yox,profilaktik müayinə üçün də aparın.Bunu 3-6 aydan bir təkrar edin 😊
Diş çəkimi və ondan sonrakı ağırlaşmalar haqqında
Müalicəyə tabe olmayan və bərpası mümkünsüz dişlər çəkilir. Bundan sonra yaranın sağalma mərhələsi başlayır. Sağalmanın müddətinə və rahatlığına bir neçə faktor təsir edir. İlk olaraq həkim ehtiyatlı və səliqəli işləməlidir ki, ətraf toxumalara zərər vurmasın və yara sahəsi mümkün qədər kiçik və travmasız olsun. Bəzən ķökləri böyük diş çəkildikdə həkim yaranı qida qalıqları ilə çirklənməsini önləmək üçün müxtəlif preparatlarla zəngin cərrahi süngər yerləşdirir, yaxınlaşdırıcı tikiş qoyur. Pasiyent öz növbəsində ağız gigiyenasına ciddi fikir verməli, yara yerini təmiz saxlamalıdır. Bunun üçün müəyyən olunmuş məhlulla ağzını bir neçə dəfə yaxalamalıdır .Və həkim tərəfindən təyin olunmuş dərman preparatlarını mütləq qəbul etməlidir.
İsrail implantlarına 20% endirim kampaniyası
Əziz pasientlərimiz, may ayının 5-ə kimi Premium Dental klinikasının baş həkimi, həkim-implantoloq Azər İsmayılov bütün pasientlərinə xüsusi endirim kampaniyasından yararlanmağı təklif edir. Kampaniya müddətində “İsrail implantlarına 20% endirim” əldə edəcəksiniz.
Kampaniyadan yararlanmağa tələsin.
Sizə sağlam təbəssüm yaraşır!
Ünvan : Karl Marks dairəsi, Azadlıq pros 3071 məhəllə , Baku Electronics’in yanı
Telefon : 012 561 66 66 / 077 336 68 96
İmplantlar haqqında
Dental implant – itirilmiş dişlərin funksiya və estetikasını bərpa etmək üçün çənə sümüyünə yerləşdirilən və uyğun materiallardan hazırlanan süni diş köküdür.
Diş implantları, insan orqanizmi ilə tamamilə uyğunluq təşkil edərək titandan hazırlanır. Üzərinə yerləşdirilən abutment ilə birləşdikdən sonra qapaq düzəldilərək (metal keramika ve ya sirkon) müalicə tamamlanır.
İmplant yerləşdirilməsi bilavasitə çənə sümüyünün keyfiyyəti və miqdarı ilə əlaqəlidir. Buna görə implant sümüyün inkişafı tamamlanmış pasientlərdə edilməkdədir. Sümük inkişafının tamamlanması qızlarda 15-16 yaş, oğlanlarda isə 17-18 yaşda başa çatır. İmplant tətbiqində sümük inkişafına bağlı olaraq aşağı yaş sərhədi olsa da, yuxarı yaş sərhədi yoxdur. Hətta çox yaşlı pasientlərdə də həyata keçirilməkdədir.
İsrail və Koreya implantlarına 15% endirim kampaniyası
Əziz pasientlərimiz, yay mövsümü ilə əlaqədar, 20 iyul – 10 avqust tarixlərində Premium Dental klinikasının baş həkimi, həkim-implantoloq Azər İsmayılov bütün pasientlərinə xüsusi endirim kampaniyasından yararlanmağı təklif edir. Kampaniya müddətində “İsrail və Koreya implantlarına 15% endirim” əldə edəcəksiniz. Kampaniya çərçivəsində implantasiya öncəsi müayinə 145 azn yox, sadəcə 25 azn-dir.
İmplantasiya öncəsi müayinəyə daxildir:
– Həkim implantoloqun məsləhəti
– Panoram rentgen
– Diş daşlarının təmizlənməsi və AİR FLOW ilə dişlərin ağardılması.
Kampaniyadan yararlanmağa tələsin.
Sizə sağlam təbəssüm yaraşır!
Ünvan : Karl Marks dairəsi, Azadlıq pros 3071 məhəllə , Baku Electronics’in yanı
Telefon : 012 561 66 66 / 077 336 68 96
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür! 😊
Biz də, Premium Dental Klinikası olaraq uşaqların üzündə hər zaman gözəl və sağlam təbəssüm görmək ümidi ilə 1 iyun tarixində klinikamıza müraciət edən bütün uşaqlara tam ödənişsiz xidmət göstərəcəyik!
Uşaqlar Gününüz Mübarək! 😊
🎉
#PremiumDentalKlinikası #1iyun #UşaqlarGünü