Sterilizasiyanın əhəmiyyəti
Sterilizasiyanın əhəmiyyəti nədir? Premium Dental Klinikasında sterilizasiya prosesi necə aparılır?
Dişlər üçün faydalı qidalar
Əziz pasientlərimiz, şəkərli hər hansı bir qidadan sonra bir parça pendir yeməklə diş çürüməsinin qarşısını almaq mümkündür.
Qəbul etdiyiniz şəkərli qida məhsullarından sonra əgər diş firçalamaq üçün şərait yoxdursa, bu zaman şəkərli qidanın çürüməyə səbəb olmasının qarşısını almaq üçün bir parça pendir, alma və ya yer kökü kimi məhsullar dişlərin təmizlənməsinə köməklik edir.
Bunlarla yanaşı tərkibi fosfatla zəngin olan yer fıstığının da diş xəstəlikləri üçün olduqca yararlı olduğu bildirilir. Lakin çürüməyə qarşı ən önəmli və təsirli qida məhsulunun pendir olduğu məlumdur.
Karies nə üçün qorxuludur?
Karies nə üçün qorxuludur?
Ümumiyyətlə karies nədir? Karies daha çox rast gəlinən , vaxtından əvvəl dişlərimizin itirilməsinə gətirib çıxaran səbəblərdən biridir. Karies dişin sərt toxumalarının turşu və bakteriyaların təsiri nəticəsində dağılmasıdır. Karies ilk öncə mina qatının, sonra dentinin, müalicə aparılmadıqda isə proses daha da dərinləşərək tiş tacının dağılmasına gətirib çıxarır.
Beləliklə karies nə üçün təhlükəlidir?
Aparılan sorğulara və müşahidələrimə əsaslanaraq deməliyəm ki, vətəndaşlarımız kariesdən qorunmağın vacibliyini düzgün qiymətləndirmirlər. Bir çoxları belə düşünür ki, əgər dişlərimizdə ağrı yoxdursa, həkimə müraciət etməyə ehtiyac yoxdur. Amma nəzərə alaq ki, karies dentin qatına keçdikdə belə ağrı sindromu olmur, ağrının yaranması isə prosesin artıq pulpaya qədər inkişaf etdiyindən xəbər verir. Kariesin daha təhlükəli xassəsi onun ilk meydana gəldiyi zaman ağrısız inkişaf etməsidir. Məhz bu səbəbdən stomatoloqlar insanların ildə 2 dəfə stomatoloji müayinəyə gəlməsinin vacibliyini vurğulayırlar.
Bütün xəstəliklər kimi karies üzərində də onun ilk yarandığı vaxtlar qələbə çalmaq daha asandır. Diş tacının dağılmasından əlavə kariesin başqa ağırlaşmaları ilə də sizləri tanış etmək istəyirəm.
Vaxtında müalicə aparılmadıqda karies aşağıdakı ağırlaşmalara səbəb olur:
1. Pulpit baş verir, bu zaman artıq ağrılar dözülməz həddə çatır.
2. Periodontit riski yaranır.
3. İnfeksiyalar ətraf yumşaq toxumalara yayılır.
4. Kariesli dişlər orqanizmdə olan xroniki infeksiyaların mənbəyi hesab olunur. Xroniki infeksiyalar isə ən çox ürək damar sistemində və oynaq sistemində xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
5. Ağız boşluğunda uzun müddətli infeksiyaların olması xroniki allergik reaksiyalara səbəb olur.
Bunlardan əlavə, biz bilirik ki, hər bir dişin öz funksiyası var. Kariesə yoluxmuş diş heç vaxt öz funksiyasını tam yerinə yetirə bilmir. Bu da qidanın qəbulu və çeynəmədə özünü büruzə verir, yəni qida tam çeynənməmiş qida borusuna, oradan isə mədə-bağırsaq traktına göndərilir. Demək tam çeynənməmiş qida da öz növbəsində mədə-bağırsaq traktının normal fəaliyyətinə təsir göstərir. Bu prosesin uzun müddətli olması mədə-bağırsaq traktının zədələnməsinə və xəstəliklərinə səbəb olur.
Bütün yuxarıda dediklərimdən əlavə vaxtında müalicə olunmamış karies dişin itirilməsinə də səbəb olur. Bir dişin itirilməsinin qorxulu olmadığını zənn edənlərə bildirmək istəyirəm ki, bir dişin itirilməsi ilk növbədə qonşu dişlərə, damaqlara, çənə sümüyünə və uz-cene əzələlərine təsir edir və xarici görünüşümüzü dəyişir.
Xarici görünüş demişkən, yalnız sağlam dişlər gözəl görünə bilər. Dişlərinizə düzgün qulluq etsəniz və onları vaxtında müalicə etdirsəniz, inanın ki, onlar sizə daima sağlam təbəssüm bəxş edər.
Sizlərə sağlam təbəssüm arzusu ilə.
Dr. Azər İsmayılov
İmplant
Müasir dövrdə stomatologiyada dental implant geniş yayılmışdır. İmplant əskik olan dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədilə çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplant çənə sümüyünə yerləşdirilməklə təbii diş funksiyasını davam etdirir. İmplantın üstünlüyü daha sağlam, etibarlı ve uzun ömürlü olmasıdır və “damaq” kimi tanınan hərəkətli protezlərdən qurtulmağın asan yoludur.
Joseph Choukroun’un PRF cihazı
Joseph Choukroun’un PRF cihazı artıq Premium Dental Klinikasında!
Dünyada stomatoloji xidmətlər
Bilirdinizmi ki, Böyük Britaniyada dişin plomblanması təxminən 234 dollar vəsait tələb edir? Stomatoloji xidmətlərin bahalılığına görə ikinci yeri İtaliya, üçüncü yeri isə İspaniya tutur.
Ən ucuz qiymət isə Şərqi Avropa ölkələrində və məhz Macarıstanda qeydə alınmışdır.