Faydalı Məlumatlar

Dişlərdən hansı xəstəliklər müəyyən edilə bilər.

Dişlərdən hansı xəstəliklər müəyyən edilə bilər?

Mütəxəsislər bildirirlər ki,dişlərin xarici görnüşündə baş verən dəyişikliklərə əsasən ,insanda hansı xəstəliyin olduğunu bilmək olar.Bizim orqanizimizdə orqanların bir- bir ilə qarşılıqlı vəhtəd təşkil etməsi heç kim üçün sirr deyil.Dişlərimiz bizə hər hansı xəstəlik haqqında xəbərdarlıq edir? Bu nə qədər inanılmaz görünsə də ,hər hansı dişdə yaranan problemdən hansı orqanın xəstə və müalicəyə ehtiyacı olmasını əslində bilmək olar.
Dişlər -sərt toxumalardan (mina,dentin,sement )ibarət olub,çənələrin alveollarında yerləşir.Dişlər orqanizimdə, qidanın dişlənməsi,çeynənilməsi və danışıq zamanı sözlərin düzgün tələffüz olunmasında iştirak edirlər.Dişlərin inkişafı embrional dövrdə başlayır və 18-20 yaşında bitir.Daimi dişləm 32 dişdən ibarətdir.Ağız boşluğunda müəyyən olunmuş şəkildə yerləşir.Hər çənədə 4 kəsici,2 köpək,6 böyük azı və 4 ədəd kiçik azı diş olur.Bəzi insanlarda 28 diş olur ki , bu zaman 3-cü böyük azı (ağıl dişlər)dişlər çıxmır.Bəzi mənbələrdə əcdadlarımızda hətta 44 diş olduqu haqqında məlumat verilir.Yaxşı dişlər təkcə gözəl təbəssüm deyil,eyni zamanda orqanizmin ümumi göstəricisidir.
Hansı dişlər hansı orqanla əlaqəlidir?
Kəsici dişlər : öndə yerləşirlər, qidanı dişləmək üçündürlər.Aşağı və yuxarı kəsici dişlər qulaqlar və sidik kisəsi ilə əlaqəlidir.Ön dişlərdə diskomfort hiss olunursa böyrəklərə fikir vermək lazımdır.
Köpək dişləri : kökləri digər dişlərə nisbətən uzun olduğu üçün daha çox davamlı hesab olunur.Köpək dişləri qaraciyər və öd kisəsi ilə əlaqəlidir.
Premolyar : bunlar kiçik azı dişlər adlandırılır.Bu dişlər köpək dişlərinin arxasında yerləşir.Çeynəmə səthində iki qabarı vardir.Bu qrup dişlər qidanı əzməyə,çeynəməyə xidmət edirlər.Bu qrup dişlərdə diskomfort olması bağırsaqlarda və ağciyərlərdə problemin olmasını göstərir.
Molyar: bu dişlər böyük azı dişləri adlandırılır.Çeynəmə səthi 4 qabardan ibarətdi.Qidanı xirdalamaqa,əzməyə xidmət edir.Bu dişlərdə yarana problem dalaq və mədənin vəziyyətindən xəbər verir
Ağıl dişləri : 3-cü qrup molyarlar adlandırılır.Bu dişlər əsasən əsəbləşən və stressə məruz qalan insanlarda əziyyət verir.Ağıl dişləri çıxmayan insanlarda ürək və bağırsaq xəstəliklərinə meyillik olur.Çox insanlar diş daşlarından və diş ərpindən əziyyət çəkirlər ki? bu da öz növbəsində mədə xorası və endokrin sistemin problemin inkişafına meyillik deməkdir.
Hansı dişdə kariesin olması ilə orqanlardan hansında problemin yaranmasını təxmin etmək olar. Misal üçün əgər köpək dişlərində karies varsa qara ciyərə işarə edir ki ,bu zaman sizdə hepatit, molyar dişlərdə karies olduğu zaman mədəyə işarə edir ki, bu zaman xora və ya qastrit, kesici dişlərdə kariesden şübhə varsa qulaqcıqlara işarə edir ki, bu zaman otit olmasına şübhə ola bilər.Alimlər əmindirlər ki,insanın dişlərinin sayının çox olması miokard infraktının yaranma riskini azaldır.Dişlərin sayı 10-dan az olan insanlar, dişlərinin sayi 25 olan insanlardan 7 dəfə daha tez dünyasını dəyişirlər.Bu onunla bağlıdır ki,dişlərin sayının az olması keçirilmiş iltihabi xəstəliklərlə əlaqələndirilir.Bu da öz növbəsində infrakt riskini artırır.

Aksiya

“Sağlam diş” aksiyamız öz sürəti iə davam edir

‘Sağlam diş” aksiyamız öz sürəti iə davam edir.Premium Dental Stomatoloji klinikasının əməkdaşları bu gün də Bakı şəhəri ”102” sayılı orta məktəbin qonağı olmuşdular.Məktəbin şagirdləri tərəfimizdən müayinə olunur və müayinənin nəticələri valideyinlərinə təqdim edilir

Kampaniya

20 % Endirimli yeni qiymətlər

Premium Dental klinikası artıq 20 % ENDİRİMLİ yeni qiymətlərlə 24 saat xidmətinizdədir. Eyni zamanda siz ödənişlərinizi hissə-hissə Bolkart və World Kart-la ödəyə bilərsiniz.
Bundan əlavə !!! HƏR BİRİNİZ ÜÇÜN MÜAYİNƏ PULSUZDUR !
BİZ SİZİN SAĞLAM TƏBƏSSÜMÜNÜZ ÜÇÜN ƏLİMİZDƏN GƏLƏNİ ETMƏYƏ HAZIRIQ !!!

Отныне клиника Premium Dental, работающая 24 часа в сутки,предоставляет свои услуги с 20% скидкой и с новыми ценами. В то же время,вы можете совершить оплату частично с помощью Bolkart и World Kart. Более того, осмотр для всех бесплатный ! Мы готовы сделать все для вашей здоровой улыбки !

Müraciət

Dr. Azər Ismayılovun müraciəti

Hörmətli izləyicilərimiz,dəyərli pasientlərimiz və sevimli xalqımız!!!

Yeni açılan saytımızda sizi “Premium Dental” ailəsi adından salamlayıram.Müasir stomatologiyanın inkişaf səviyyəsi bir sıra xüsusiyyətlərə malikdir və yeni texnologiyaların,müasir avadanlıqların və materialların əmələ gəlməsi ilə xarakterizə olunur.Lakin həkim-stomatoloqun əsaslı biliyi olmadan əhaliyə keyfiyyətli stomatoloji yardım göstərmək qeyri-mümkündür.

Stomatologiya da tibbin başqa sahələri kimi vacib sahələrdən biridir və nəzərə alsaq ki,ağız boşluğunda olan xəstəliklərin bir çoxunun orqanizmin başqa xəstəlikləri ilə birbaşa və ya dolayısı ilə əlaqəsi var,o zaman həkim-stomatoloqun nəzəri və praktiki biliklərinin nə qədər çox olmasının vacibliyi özünü doğruldur.Bir stomatoloqun bacarıqlı olması üçün 4 əsas vacib şərt lazımdır:

1)universitet və ondan sonrakı dövrdə oxuduğu nəzəri bilik və məlumatlar

2)əldə etdiyi praktiki vərdiş və bacarıqlar

3)yüksək keyfiyyətli materiallarla və müasir avadanlıqlarla işləmək

4)təcrübəli komanda,yəni asistent-həkim-labarator tandemi.

Bu söylədiklərimin hər hansı olmadıqda göstərilən stomatoloji müalicə tam olmur və özünü doğrultmur.Yuxarıda söylədiklərimi nəzərə alaraq bildirmək istəyirəm ki,”Premium Dental” ailəsi olaraq bu vəhdət bizim klinikada özünü tamamlayır.Mən sizlərlə stomatologiyanın ölkəmizdə inkişaf etmiş sahələri ilə deyil,vacib olan sahələri barəsində fikirlərimi bölüşmək istəyirəm.Bizim klinikada əsas hədəflərdən biri də profilaktikadır.Proflaktik stomatologiya bizim ölkədə Avropadakı kimi geniş vüsət almamışdır.Əgər erkən profilaktikaya diqqət göstərilsə,sonra dişlərdə yaranmış bir sıra ağır fəsadlardan qaçmaq mümkündür.Eyni zamanda klinikamızda sterilizasiya qaydalarına yüksək səviyədə əməl olunur.Belə ki sterilizasiya düzgün aparılmadıqda müxtəlif yoluxucu xəstəliklər(Hepatit B C D,Vərəm)kimi ağır xəstəliklərə düçar olmaq mümkündür.Bizim klinikamızın sterilizə otağı ideal sterilizə şəraitinin olması üçün müasir avadanlıqlar və lazımi materiallarla təchiz olunmuş,sterlizasiya kabineti beynalxalq standartların bütün normalarına cavab verir.Sterilizasiya otağında daimi isti və soyuq su eyni zamanda xüsusi yuma vasitələri vardır.Bundan əlavə tibbi ləvazimatlar üçün ultrasəsli təmizləyici vasitələr mövcuddur.Stomatoloji şərtlərə uyğun olaraq,distilə edilmiş su əldə olunması üçün dispenserlərdən istifadə olunur.Tibbi ləvazimatların gigiyenik paketlənməsi xüsusi apparatlar vasitəsi ilə təzimlənir.Stomatoloji ucluqların təmizlənməsi üçün sterilizasiya otağı xüsusi cihazla təmin olunmuşdur.Sterilizə otağında 2 proqramlaşdırılmış avtoklav və ləvazimatların saxlanma şkafları vardır.Sterilizə prosesi bir neçə etapdan ibarətdir və xüsusi təcrübə keçmiş tibb bacısı tərəfindən aparılır.

Mən öz adımdan və “Premium Dental” ailəsi adından bütün xalqımıza sağlam orqanizm və sağlam təbəssüm arzu edirəm.Öz sahəmizdə genofondun sağlam olması arzusu ilə,komanda olaraq daima keşiyinizdəyik!!!

Hörmətlə, Premium Dental Stomatoloji Klinikasının təsiscisi və direktoru

Həkim – Stomatoloq,İmplantoloq Azər İsmayılov

 

Posts navigation