Estetik Diş Həkimliyi

Lamina dişlər nədir?

12.11.2025

Lamina dişlər nədir?

Lamina dişlər — dişlərin ön səthinə yerləşdirilən çox incə keramika laylarıdır. Bu üsul, dişlərinin rəngindən, formasından və ya düzülüşündən narazı olan insanlar üçün nəzərdə tutulur.

Lamina üsulu zamanı dişlərə çox az müdaxilə olunur, diş minası demək olar ki, qorunur. Buna görə bu müalicə həm sağlam, həm də estetik cəhətdən ən təbii üsullardan biridir. Gülümsəməsini dəyişmək və daha estetik görünmək istəyənlər üçün lamina dişlər ən yaxşı seçimlərdəndir.

Bu üsul “diş üçün şəffaf örtük” kimidir – dişlərdəki xırda qüsurları gizlədir və gülümsəməni simmetrik və gözoxşayan edir. Lakin nəticənin mükəmməl alınması üçün təcrübəli həkim seçmək vacibdir. Təcrübəsiz həkim tərəfindən edilən prosedur dişlərin artıq yonulmasına, laminanın qırılmasına və diş ətində narahatlığa səbəb ola bilər.

Lamina dişlər necə hazırlanır?

İlk müayinədə həkim dişlərin vəziyyətini yoxlayır, lazım gəldikdə rentgen çəkilir və diş ətində problem və ya çürük olub-olmadığı müəyyənləşdirilir. Əgər problem yoxdursa, xəstənin istəkləri və gözləntiləri müzakirə olunur.

Premium Dental klinikasında rəqəmsal gülümsəmə dizaynı vasitəsilə müalicəyə başlamazdan əvvəl dişlərinizin son halını üçölçülü şəkildə görmək imkanınız olur.

Müalicə mərhələləri belədir:

1.     Dişlərin hazırlanması – lamina qoyulacaq səth çox az yonulur.

2.     Ölçü götürülməsi – dişlərin şəkli xüsusi cihaz və ya material vasitəsilə alınır.

3.     Laminatların hazırlanması – laboratoriyada dişlərinizə uyğun keramika örtüklər düzəldilir.

4.     Yapışdırılma mərhələsi – laminatlar xüsusi yapışdırıcı ilə dişə bərkidilir və işıqla möhkəmləndirilir.

Lamina dişlər kimlərə uyğundur?

Lamina dişlər aşağıdakı hallarda tətbiq olunur:

·       Dişlərinin rəngindən narazı olan şəxslər;

·       Dişlərinin formasında qüsur və ya qırıq olanlar;

·       Dişləri arasında boşluq (aralıq) olanlar;

·       Dişlərinin ölçüsü fərqli olanlar;

·       Dişlərində yüngül əyrilik olanlar.

Lamina dişlərin üstünlükləri

Lamina dişlərin əsas üstünlüyü — təbii diş toxumasının qorunmasıdır. Klassik örtüklərdə diş çox yonulur, lakin lamina üsulunda bu proses minimum səviyyədə aparılır.

Digər üstünlüklər:

·       İşığı keçirdiyi üçün təbii və parlaq görünür;

·       Baxımı asandır, gündəlik diş fırçalama kifayətdir;

·       Çay, qəhvə və siqaretdən yaranan rəng dəyişmələrinə qarşı davamlıdır;

·       Tək dişə və ya bütün ön dişlərə tətbiq edilə bilər;

·       Təbii dişlə rəng fərqi demək olar ki, olmur;

·       Səthi hamar olduğu üçün ləkə və rəng dəyişikliyi yaranmır.

Müalicə nə qədər çəkir?

Müalicənin müddəti dişlərin vəziyyətindən asılıdır. Əgər əvvəlcədən diş əti və ya çürük müalicəsi lazımdırsa, bu, prosesi bir qədər uzada bilər.
Adətən lamina dişlərin hazırlanması və bərkidilməsi təxminən 2 həftə ərzində tamamlanır.

Lamina dişlərin ömrü nə qədərdir?

Düzgün qulluqla lamina dişlər 10–15 il, bəzən daha uzun müddət istifadə oluna bilər.

Uzunömürlülüyə təsir edən amillər:

·       İstifadə olunan materialın keyfiyyəti;

·       Həkimin peşəkarlığı;n 

·       Daimi diş təmizliyi və baxım.

Laminatların ömrünü uzatmaq üçün:

·       Dişlərinizi gündə iki dəfə fırçalayın;

·       Diş ipindən istifadə edin;

·       Mütəmadi olaraq təmizlənməyə gedin;

·       Əgər diş qıcırdatma vərdişiniz varsa, gecə qapağı istifadə edin.


Lamina dişlər – təbii dişə zərər vermədən gülümsəməni dəyişdirməyin ən müasir və təhlükəsiz üsuludur. Premium Dental klinikasında biz yeni texnologiyalardan istifadə edərək sizə təbii, parlaq və sağlam gülümsəmə bəxş edirik.