Çəhrayı estetik, diş estetikası sahəsində tətbiq olunan kosmetik diş əti müdaxilələrini ifadə edir. Diş əti, dişləri əhatə edən və onların görünüşünü müəyyən edən təbii çərçivə rolunu oynayır.
Sağlam və simmetrik diş əti estetik bir gülüş üçün əsas şərtdir. Diş əti yalnız sağlam olmaqla kifayətlənməməli, eyni zamanda dişləri düzgün şəkildə əhatə edərək harmonik görünüş təmin etməlidir.
Çəhrayı estetik, dişlərin dodaqlarla və digər dişlərlə olan vizual əlaqəsini formalaşdırır. Bununla yanaşı, dişlərin diş əti ilə və diş əti ilə dodaqların uyğunluğu da estetik nəticədə böyük rol oynayır. Dişlərin arasında simmetrik və düzgün yerləşmiş diş əti diş aralarındakı boşluqları tamamilə dolduraraq, ideal gülüş çərçivəsini yaradır.
Çəhrayı Estetik Müalicəsi
Sağlam diş əti açıq çəhrayı rəngdə, sərt və sıx toxumalı, kanamasız və səthi azca toxulu olur. Diş əti nə qədər sağlam olarsa, gülüş də bir o qədər estetik görünür. Lakin bəzi hallarda, diş əti sağlam və dişlər ideal şəkildə yerləşsə belə, diş əti forması və simmetriyası səbəbindən gözəl estetik nəticə əldə edilə bilmir. Bu zaman çəhrayı estetik müdaxilələrinə müraciət olunur.
Çəhrayı Estetik Müdaxilələri
- Diş əti forması və simmetriyasında qüsurların aradan qaldırılması
- Gülərkən diş ətlərinin çox görünməsinin (gummy smile) düzəldilməsi
- Diş əti üzərində rəng dəyişikliklərinin təmizlənməsi
Bu prosedurların məqsədi, həm rəng və toxuma baxımından sağlam və estetik diş ətlərinə sahib olmaq, həm də dişlərin və diş çərçivəsinin nisbətlərini ideal səviyyəyə gətirərək gözə xoş görünüş yaratmaqdır.
Müalicə Proseduru
Çəhrayı estetik müdaxilələr lokal anesteziya altında həyata keçirilir və tamamilə ağrısızdır. Operasiyadan sonra xəstənin gündəlik fəaliyyəti əngəllənmir. Təxminən 1 həftə ərzində diş əti tamamilə sağalır və əlavə müdaxiləyə ehtiyac qalmır. Müalicədən sonra dişlər üçün planlaşdırılan estetik çərçivə hazırlanmış olur.