Kampaniya Xəbər

İsrail implantlarına 20% endirim kampaniyası

Əziz pasientlərimiz, may ayının 5-ə kimi Premium Dental klinikasının baş həkimi, həkim-implantoloq Azər İsmayılov bütün pasientlərinə xüsusi endirim kampaniyasından yararlanmağı təklif edir. Kampaniya müddətində “İsrail implantlarına 20% endirim” əldə edəcəksiniz.

 

Kampaniyadan yararlanmağa tələsin.
Sizə sağlam təbəssüm yaraşır!

Ünvan : Karl Marks dairəsi, Azadlıq pros 3071 məhəllə , Baku Electronics’in yanı
Telefon : 012 561 66 66 / 077 336 68 96

 

Xəbər

İmplantlar haqqında

Dental implant – itirilmiş dişlərin funksiya və estetikasını bərpa etmək üçün çənə sümüyünə yerləşdirilən və uyğun materiallardan hazırlanan süni diş köküdür.

Diş implantları, insan orqanizmi ilə tamamilə uyğunluq təşkil edərək titandan hazırlanır. Üzərinə yerləşdirilən abutment ilə birləşdikdən sonra qapaq düzəldilərək (metal keramika ve ya sirkon) müalicə tamamlanır.

İmplant yerləşdirilməsi bilavasitə çənə sümüyünün keyfiyyəti və miqdarı ilə əlaqəlidir. Buna görə implant sümüyün inkişafı tamamlanmış pasientlərdə edilməkdədir. Sümük inkişafının tamamlanması qızlarda 15-16 yaş, oğlanlarda isə 17-18 yaşda başa çatır. İmplant tətbiqində sümük inkişafına bağlı olaraq aşağı yaş sərhədi olsa da, yuxarı yaş sərhədi yoxdur. Hətta çox yaşlı pasientlərdə də həyata keçirilməkdədir.