Kosmetik Bonding Nədir?
Kosmetik bonding, dişlərin estetik görünüşünü yaxşılaşdırmaq və gülüşünüzü daha harmonik etmək üçün tətbiq olunan müasir diş həkimliyi prosedurudur. Bu prosedur bir gün ərzində həyata keçirilə bilər və gülüşdəki ahəngsizliyi yaradan problemləri qısa müddətdə aradan qaldırır.
Bonding Proseduru
Bonding, dişlərinizi təbii və estetik görünüşdə yenidən formalaşdırmaq üçün xüsusi bonding materialları ilə aparılır. Dişlər sağlam olduqda, heç bir aşındırma edilmədən diş üzərinə lazım olan düzəlişlər tətbiq olunur. Həkim, dişləri sanki bir heykəltəraş kimi formalaşdıraraq, hər detalı incəliklə tamamlayır.
Bonding Kimlər Üçün Uyğundur?
Kosmetik bonding müxtəlif diş problemlərinə effektiv həll təklif edir və qısa müddətdə gülüşünüzün görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Bonding ilə müalicə olunan hallara misal:
- Kiçik və orta səviyyədə çarpaz dişlər
- Şəkil pozuntusu olan dişlər
- Mine strukturunda problemlər və ləkələr
- Dişlər arasındakı aralıqların (diestema) bağlanması
- Genetik və ya aşınmaya bağlı qısalmış dişlər
- Diş səthində çatlar və ləkələr
Əgər bu problemlərdən hər hansı birinə sahibsinizsə və dişlərinizdə estetik dəyişiklik və gözəl gülüş axtarırsınızsa, DentNis İmplantologiya və Estetik Diş Klinikası’nda kosmetik bonding sizin üçün ideal seçimdir.
Bonding sonrası diş baxımı
Bonding prosedurundan sonra dişlərinizin baxımı, nəticənin uzun ömürlü olması üçün çox önəmlidir.
Əsas qaydalar:
- Gündə ən az iki dəfə fırçalamaq və diş ipi istifadə etmək
- Sert qida və şəkərli məhsullardan çəkinmək
- Dırnaqları dişlərlə qırmamaq
- Prosedurdan sonra ilk iki gün qəhvə, çay və tütün istifadəsini məhdudlaşdırmaq
- Hər altı ayda bir peşəkar diş təmizliyi