Əziz pasientlərimiz, sağlam dişlər üçün süd və süd məhsulları, meyvə-tərəvəzlə balanslı şəkildə qidalanmalı, orqanizmi fosfor, minerallar, A, D, C vitaminləri ilə təmin etməlisiniz. Şəkərli qidalardan sonra ağız yaxalanmalı, qazlı ve şəkərli içkilərdən az istifadə olunmalıdır.
Gün ərzində dişlər səhər-axşam 2 dəfə fırçalanmalıdır. Flüor çatışmazlığı problemi varsa, flüorlu pastalardan, dişarası səthləri təmizləmək üçün xüsusi diş iplərindən istifadə olunmalıdır. Diş fırçası 3 ayda bir yenisi ilə əvəz olunmalıdır.
Hər 6 aydan bir həkimə müraciət etməklə dişlərinizdə əmələ gələn problemlərin qarşısını ala bilərsiniz.