Parodontologiya nədir?
Parodontologiya nədir?
Parodontologiya — diş əti və dişi dəstəkləyən toxumaların müalicəsi ilə məşğul olan stomatologiya sahəsidir. Dişləri möhkəm saxlayan sümük, diş ətləri və bağlayıcı toxumalar zədələndikdə diş itkisi riskinə səbəb olur.
Ən çox rast gəlinən problem — parodontit diş daşları, bakteriyalar və düzgün gigiyena olmaması nəticəsində yaranır. Erkən mərhələdə müalicə olunmazsa, dişlər boşalmağa və düşməyə qədər irəliləyə bilər.
Premium Dental Clinic-də parodontoloji müalicə təcrübəli mütəxəssislər və müasir texnologiya ilə həyata keçirilir.
Əlamətlər
Diş ətində qanama və şişkinlik
Ağızda pis qoxu
Diş ətinin çəkilməsi və kök hissəsinin görünməsi
Dişlərin sallanması
Çeynəmə zamanı diskomfort
Diş daşları və çöküntü
Bu simptomlardan biri varsa, təxirə salmaq olmaz — parodont xəstəlikləri özü-özünə keçmir.
Xidmətlərimiz
✅ Professional diş təmizlənməsiSərt çöküntülərin və diş daşlarının tam təmizlənməsi.
✅ Scaling & Root planing (kuretaj)Diş əti altı bakteriyaların təmizlənməsi və toxumanın bərpası.
✅ Laserlə parodont müalicəsiQansız, ağrısız və daha qısa sağalma müddəti.
✅ Diş əti bərpası və flep əməliyyatlarıAğır hallarda diş əti toxumasının və sümük səviyyəsinin bərpası.
✅ Qumlama və parlaqlaşdırmaTəbii təbəssüm üçün rənglənmələrin təmizlənməsi.
Niyə Premium Dental Clinic?
Parodontologiya üzrə ixtisaslaşmış həkimlər
Lazer və mikroskop dəstəyi ilə müasir yanaşma
Steril mühit və individual müalicə planı
Ağrısız prosedurlar
Davamlı nəzarət və evdə qulluq təlimatı
Evdə profilaktika
Gündə 2 dəfə fırçalama
Diş ipi və ağız yaxalayıcıları
6 ayda bir professional təmizlənmə