Ortodontiya
Ortodontiya nədir?
Ortodontiya dişlərin, çənənin və üz simmetriyasının düzgün yerləşməsini təmin edən stomatoloji sahədir. Əyri dişlər, çənə qapanma problemləri və diş sıxlığı yalnız estetik deyil, həm də sağlamlıq problemi yaradır — çeynəmə çətinliyi, nitq pozğunluğu, diş çürüməsi və diş əti xəstəliklərinə səbəb ola bilər.
Premium Dental Clinic-də ortodontik müalicə beynəlxalq təcrübəli həkimlər tərəfindən, yüksək dəqiqlikli skanerlər, 3D rəqəmsal planlama və şəffaf alignerlər kimi müasir texnologiyalarla aparılır.
Ortodontik problemlərə kimlərdə rast gəlinir?
Sıxılmış, üst-üstə düşən dişlər
Dişlərin arasında boşluq
Alt və ya üst çənənin irəli olması
Çənə qapanma pozuntuları (overbite, crossbite, open bite)
Uşaqlarda çənə inkişafı problemləri
Ortodontiya həm uşaqlara, həm də böyüklərə tətbiq olunur. Müalicə yaşı məhdudiyyəti yoxdur.
Müalicə növləri
Metal breketlərKlassik, çox effektiv və davamlı sistem.
Keramika/Estetik breketlərDiş rənginə uyğun — görünməz formaya yaxın.
Lingual breketlərDişlərin arxa səthinə quraşdırılır — tam görünməz.
Şəffaf alignerlər (Invisalign tip)Ağrısız, çıxarıla bilən, estetik və komfortlu seçim. Xüsusilə professional həyat tərzi olan xəstələr üçün uyğundur.
Ortodontiya prosesinin mərhələləri
Konsultasiya və 3D skan
Çənə və diş quruluşunun analizi
Fərdi müalicə planı
Breket/aligner tətbiqi
Müntəzəm kontrol
Retainer-lərlə nəticənin qorunması
Ortodontiyanın faydaları
Səliqəli və gözəl gülüş
Çeynəmə funksiyasının bərpası
Nitqin düzəlməsi
Diş çürüməsi riskinin azalması
Üz estetikasının harmoniyası
Niyə Premium Dental Klinikası?
Beynəlxalq təcrübəli ortodontlar
3D diaqnostika və tam rəqəmsal planlama
Estetik və modern müalicə seçimləri
Steril mühit və müasir avadanlıq
Rahat ödəniş və müalicə planlaması