Stomatoloji ortopediya nədir?
Stomatoloji ortopediya — dişlərin forma, funksiya və estetik baxımdan bərpasını təmin edən sahədir. Diş itkisi, aşınma, travma və ya estetik narazılıq zamanı ortopedik müalicə tətbiq olunur. Məqsəd yalnız dişləri yeniləmək deyil, xəstəyə tam funksional çeynəmə, düzgün nitq və mükəmməl gülüş qazandırmaqdır.
Premium Dental Clinic-də ortopediya müasir texnologiyalar — intraoral skaner, 3D rəqəmsal təhlil, CAD/CAM laboratoriyası və yüksək keyfiyyətli materiallarla həyata keçirilir.
Hansı hallarda tətbiq edilir?
Diş itkisi (bir və ya çoxlu)
Dişin qırılması və ya aşınması
Estetik problemlər (saralma, forma pozuntusu)
Çeynəmə funksiyasının itməsi
Çənə oynağı yüklenməsi və diskomfort
Müalicə növləri
✅ Kronlar (taclar)Zirkon, keramika və metal-keramika variantları — zəif dişi qoruyur və estetik görünüş yaradır.
✅ KörpülərBir və ya bir neçə diş itkisi zamanı boşluğu funksional şəkildə bərpa edir.
✅ Vinirlər (Laminatlar)Təbii gülüş üçün ən incə estetik örtüklər — rəng, forma və harmoniya.
✅ Çıxarılan protezlərTam və ya qismən dişsiz xəstələr üçün rahat və funksional həll.
✅ İmplantüstü protezlərImplantlarla birgə, maksimum sabitlik və çeynəmə gücü.
Proses mərhələləri
Konsultasiya və 3D diaqnostika
Gülüş dizaynı və planlama
Hazırlıq və ölçülərin alınması
Müvəqqəti bərpa
Daimi ortopedik konstruksiyanın yerləşdirilməsi
Kontrol və baxım təlimatı
Niyə Premium Dental Clinic?
Beynəlxalq təcrübəli ortoped stomatoloqlar
Rəqəmsal laboratoriya və yüksək dəqiqlik
Premium materiallar (E.max, Zircon, CAD/CAM)
Təbii görünüş və uzunömürlü nəticə
Ağrısız və komfortlu müalicə